04 May 2024
ABŞ Paşinyana Azərbaycanla bağlı MÜHÜM ÇAĞIRIŞ ETDİ

ABŞ Paşinyana Azərbaycanla bağlı MÜHÜM ÇAĞIRIŞ ETDİ

16 Noyabr 2022
Baxış: 464

ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyana Azərbaycanla bağlı çağırış edib.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ rəsmisinin öz sosial şəbəkə hesabı vasitəsilə etdiyi çağırışda Paşinyana Azərbaycanla bağlı danışıqların tempini qorumalı olduğu bildirilib.

Xatırladaq ki, ötən gün Blinken Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barəsində telefon danışığı aparıb. Blinken ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib. Eyni zamanda, Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.(sfera.az)