04 May 2024
ABŞ İsraildən Dəmir Qübbə alır

ABŞ İsraildən Dəmir Qübbə alır

27 Avqust 2023
Baxış: 603

ABŞ İsrail istehsalı olan 3 ədəd Dəmir Qübbə hava hücumundan müdafiə sistemi batareyası almağı planlaşdırır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin Tender İdarəetmə Sisteminin (SAM) internet saytında dərc olunub.

Açıqlamada Dəniz Piyadaları Korpusunun Dəmir Qübbə hava hücumundan müdafiə sistemi batareyasının alınmasının təfərrüatı paylaşılıb.

Dəniz Piyadaları Korpusu 2022-ci ilin iyul və oktyabr aylarında Dəmir Qübbə hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmişdi. ABŞ Quru Qoşunları Komandanlığı 2019-cu ilin fevralında İsraildən məhdud sayda Dəmir Qübbə hava hücumundan müdafiə sistemləri alacağını açıqlamışdı.

İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və 2011-ci ildən İsrail ordusunun inventarında olan Dəmir Qübbə sistemi yaxın mənzilli raketlərə qarşı istifadə edilir.axar.az