03 May 2024
ABŞ İsraildən aldığı Dəmir Qübbəni BU ADAYA YERLƏŞDİRİR

ABŞ İsraildən aldığı Dəmir Qübbəni BU ADAYA YERLƏŞDİRİR

11 Oktyabr 2021
Baxış: 694

ABŞ İsraildən aldığı Dəmir Qübbə hava müdafiə sistemi batareyalarından birini Asiya-Sakit okean bölgəsindəki Quam adasına yerləşdirir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, sistemlər 2021-ci ilin sonuna qədər bölgədə qalacaq və əməliyyat məqsədləri üçün istifadə ediləcək.

Qeyd edək ki, Quam adası Şimali Koreyaya ən yaxın ABŞ torpağı kimi bilinir. ABŞ da bölgədən Şimali Koreyanın təhdidlərinə görə hərbi baza kimi istifadə edir.(Axar.az)