05 May 2024
ABŞ İranın Daxili İşlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın Daxili İşlər nazirinə qarşı sanksiya tətbiq edib

21 May 2020
Baxış: 520

ABŞ-ın İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzliyə qarşı sanksiya tədbirləri əhəmiyyətsiz olduğu qədər də qanunsuzdur.

AJM xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi deyib.

O bildirib ki, Vaşinqtonun hüquq mühafizə orqanlarının rəhbərlərinin adını sanksiyalar siyahısına salması BMT-nin 2231 saylı qətnaməsinə ziddir. ABŞ sanksiyaları genişləndirməklə İrana qarşı yürütdüyü siyasətin mənasızlığını göstərir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin və digər 9 nəfərin adını sanksiyalar siyahısına əlavə edib. Bu adamlar bundan sonra ABŞ-a səfər edə bilməz. Həmçinin onların ABŞ banklarındakı avtivləri dondurulacaq.

Teqlər: ABŞ İran