05 May 2024
ABŞ-ın Ukraynadakı səfirliyi Marqarita Simonyanı “heyvan” ADLANDIRDI

ABŞ-ın Ukraynadakı səfirliyi Marqarita Simonyanı “heyvan” ADLANDIRDI

18 Aprel 2022
Baxış: 874

Xəbər verdiyimiz kimi, Moskvada yaşayan erməni jurnalist Marqarita Simonyan deyib ki, nasistlər (Ukraynalılar nəzərdə tutulur) etnik zəmində uşaqların gözünü çıxarmağa hazır olanlardır. ABŞ-ın Ukraynadakı səfirliyi rus əsgərləri tərəfindən zorlanan və öldürülən uşaqları, eləcə də Rusiya hərbçilərinin digər cinayətlərini ona xatırladıb və ermənini “güzgüdə özünə baxan heyvan” adlandırıb.

AJMEDİA.İNFO
xəbər verir ki, bu haqda informasiya “segodnya.ua” saytında yer alıb.

"Gəlin aydınlaşdıraq. Rusiya fevralın 24-dən bəri Ukraynada 550-dən çox uşağı öldürüb və ya yaralayıb. Rus əsgərləri onları bombalayıb, atəşə tutub, zorlayıb, güllələyib və zorla deportasiya edib. Güzgüdə özünə baxan heyvan Marqarita", - mesajda deyilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya təcavüzü başlayandan indiyədək 200 uşaq ölüb, 360 uşaq yaralanıb.

"Rus qoşunlarının Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil", - Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.(Bizim.Media)