04 May 2024
ABŞ-ın Rusiyaya sanksiyaları davam edir - bu dəfə hədəfdə deputatlar və müdafiə şirkətləridir - SİYAHI

ABŞ-ın Rusiyaya sanksiyaları davam edir - bu dəfə hədəfdə deputatlar və müdafiə şirkətləridir - SİYAHI

25 Mart 2022
Baxış: 532

Cümə axşamı Bayden administrasiyası Dövlət Dumasının deputatları, Rusiya elitası və müdafiə şirkətləri də daxil olmaqla, Ukrayna ilə müharibəyə və təcavüzə bağlılığı olan 400-dən çox rusiyalıya qarşı yeni sanksiyalar elan edib, Turan-ın Vaşinqton müxbiri bildirir.

AJMEDIA.İNFO xəbər verir ki, bunu prezident Baydenin Brüsseldə NATO və Avropa İttifaqı müttəfiqləri, həmçinin G7 liderlərilə görüşdüyü an elan edilib.

Sanksiyalar aşağıdakılara aiddir:

* Dumanın 328 deputatı;

* “Sberbank”ın rəhbəri German Qref və 1990-cı illərdən Putinin müşaviri;

* Oliqarx Gennadi Timçenko, onun şirkəti və ailə üzvləri;

* “Sovcombank” maliyyə təşkilatının İdarə Heyətinin 17 üzvü;

* Rusiyanın silah istehsal edən 48 böyük dövlət müdafiə müəssisəsi.

Ağ Ev bəyan edib ki," Böyük yeddilik " və Avropa İttifaqı Rusiyanın öz iqtisadiyyatını dəstəkləməsi üçün öz beynəlxalq ehtiyatlarından, o cümlədən qızıldan istifadə etməməsi üzərində işləyəcəklər.

Brüssel görüşləri zamanı Bayden və müttəfiqləri tədbir görməyə və sanksiyalardan yan keçmək cəhdlərinin qarşısını almağa hazır olduqlarını bildiriblər.

Ağ Ev nümayəndəsi jurnalistlərə bildirib ki, Rusiya bu il öz iqtisadiyyatının 15 faiz azalacağını gözləyir ki, bu da 1998-ci ildə Rusiyanın defoltu zamanı olduğundan üç dəfə çoxdur.

Özəl sektorun 400-dən çox şirkəti artıq Rusiyanı tərk edib. Müstəqil müşahidəçilərin hesablamalarına görə, təkcə son bir ay ərzində rusiyadan 200 000-dən çox adam gedib. Rusiya Ukraynaya təcavüzə qədər dünya iqtisadiyyatı üzrə 11-ci olub, bir ay ərzində iki dəfə enib, həmin mənbə bildirib.

Cümə axşamı Bayden Administrasiyası müharibədən əziyyət çəkən ukraynalılara 1 milyard dollar məbləğində humanitar yardım elan edib. "Ukraynalı qaçqınların çoxu Avropada, evlərinə daha yaxın yerdə qalmaq istəyirlər, ancaq biz də 100 000 ukraynalını ABŞ-da qarşılayacağıq", - Bayden deyib.

Ağ Ev həmçinin bəyan edib ki, ABŞ Ukraynada və qonşu ölkələrdə demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi üçün 320 milyon dollar investisiya qoyacaq YeniMusavat