05 May 2024
ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artıb

02 Dekabr 2020
Baxış: 1232

Birləşmiş Ştatların xam neft ehtiyatları artır.

AJM xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,15 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə də neft ehtiyatları artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.