03 May 2024
ABŞ əfqanların təxliyəsini dayandırdı

ABŞ əfqanların təxliyəsini dayandırdı

13 Sentyabr 2021
Baxış: 446

Əfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi bu şəxslər arasında qızılcanın yayılmasına görə ən azı yeddi gün daha dayandırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer məlumat verib.

Onun sözlərinə görə, uçuşlar hələ də ehtiyat tədbirləri çərçivəsində dayandırılıb:

“ABŞ-a gələn bütün əfqanlar hazırda qızılcaya qarşı peyvənd olunmalıdır. Onlar hərbi bazalara aparılır. Əfqanları həmçinin məxmərək, qızılca və parotidə də qarşı peyvənd etməyə başlayacağıq”.