04 May 2024
ABŞ diplomatı Bakıya nəyə gəlir?

ABŞ diplomatı Bakıya nəyə gəlir?

11 İyun 2022
Baxış: 480

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Qazeta.ru Dövlət Departamentinin məlumatına istinadən xəbər verir ki, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq.

O həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün yaranmasına kömək etməyə hazır olduğunu qeyd edəcək. YeniMusavat