05 May 2024
ABŞ-dan Türkiyə sərhədində GECƏ ƏMƏLİYYATI

ABŞ-dan Türkiyə sərhədində GECƏ ƏMƏLİYYATI

03 Fevral 2022
Baxış: 379

ABŞ helikopterləri gecə yarısı Suriya-Türkiyə sərhədindəki Atmeyə enib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Müxalifətin nəzarətində olan İdlibdə keçirilən əməliyyatda ABŞ əsgərlərinin hədəfi Əl-Qaidə terror təşkilatına bağlı qruplar olub. Gecə yarısı başlayan qarşıdurma saatlarla davam edib, partlayış səsləri Türkiyədə də eşidilib.

Atme sakinlərindən biri xeyli insanın öldüyünü, digəri isə çoxmərtəbəli binanın dağıntıları arasında ən azı 12 ölü olduğunu deyib. Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların öldürülüb-öldürülmədiyi hələlik bəlli deyil. Pentaqon isə az öncə Suriyanın şimalında terrorizmə qarşı uğurlu əməliyyat keçirildiyini açıqlayıb.(Axar.az)