03 May 2024
5 ölkə Fələstinə görə İsrailə qarşı ordu göndərir? - KOALİSİYA

5 ölkə Fələstinə görə İsrailə qarşı ordu göndərir? - KOALİSİYA

19 May 2021
Baxış: 1060

İsrail-Fələstin münaqişəsi ilə əlaqədar bölgəyə koalisiya qüvvələri yerləşdirilə bilər.

AJMEDİA.info xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şəfəq" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, mütəxəssislərin fikrincə, Fələstinin müdafiəsi üçün Türkiyənin təklifi məntiqlidir. Belə ki, Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələrin orduları İordaniya və Livana yerləşdirilə bilər. Bu koalisiya qüvvələrinin Fələstin və müqəddəs yerləri qoruya biləcəyi vurğulanıb.

Bildirilib ki, bunun üçün BMT TŞ-nin təsdiqi lazımdır. Bir veto qərarı isə bu koalisiya qüvvələrinin qarşısını ala bilər.

Qeyd edək ki, ABŞ İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələrin qəbuluna imkan verməyib.