03 May 2024
2007-ci ildən bəri ilk dəfə İsrail hava yolları Türkiyəyə uçuşlar həyata keçirəcək

2007-ci ildən bəri ilk dəfə İsrail hava yolları Türkiyəyə uçuşlar həyata keçirəcək

29 Dekabr 2022
Baxış: 315

2023-cü ildə İsrail hava yolları 15 illik məcburi fasilədən sonra ilk dəfə olaraq Türkiyəyə birbaşa uçuşları bərpa edəcək.

AJMEDIA.İNFO-un İsrail bürosundan verilən məlumata görə, dekabrın 28-də “Arkia” və “İsrair” aviaşirkətləri gələn ilin fevralından etibarən İstanbula uçuşların cədvəlinə daxil edildiyini elan ediblər. Gələcəkdə Təl-Əviv - Antalya marşrutu üzrə uçuşlar planlaşdırılır.

Türkiyə rəsmilərindən bütün lazımi icazələri alan “Arkia” fevralın 26-da İstanbula ilk uçuşunu həyata keçirəcək. İlk mərhələdə həftədə dörd reys cədvələ daxil edilib, gələcəkdə Ben Qurion hava limanından Türkiyənin ən böyük şəhərinə hər gün uçuşlar həyata keçiriləcək.
“İsrair” İstanbula uçuşlara daha tez, fevralın 2-də başlayacaq. Həftədə 2-3 reys planlaşdırılır.