03 May 2024
20 Yanvar azadlıq və milli müstəqillik uğrunda vuruşan Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq səhifəsi yazılıldı - Nəsimi Əbilov

20 Yanvar azadlıq və milli müstəqillik uğrunda vuruşan Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq səhifəsi yazılıldı - Nəsimi Əbilov

20 Yanvar 2024
Baxış: 1160

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq və milli müstəqillik uğrunda sovet müstəmləkə rejiminin ordusuna qarşı vuruşan Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq səhifəsi yazılıldı.

20 Yanvar xalqımızın tarixinə təkcə hüznlü deyil, həm də xalqımızın şanlı və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələr Azərbaycan xalqının azadlıq mübarizəsində sarsılmaz iradəsinin rəmzinə çevrilmiş, müstəqillik yolunun əsasını qoymuşdur.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra, daha doğrusu 1993-cü ildən bu günə kimi 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikada xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda qəhrəmanlıq və qorxmazlıq rəmzinə çevrilən hadisələrdən 34 il keçməsinə baxmayaraq, hər il 20 Yanvar - Milli Hüzn Günü istər ölkəmizdə, istərsə də xarici ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən duyğu ilə ölkələr Həmvətənlərinin xatirəsini dərin ehtiramla yad edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük diqqət yetirir, şəhid ailələrinə dövlət qayğısı göstərirdi.

Zaman keçir və bu hadisələrlə bağlı faktları öyrənən gənc nəslin nümayəndələri Azərbaycanın müstəqillik tarixindən, keçdiyi şərəfli yoldan qürur hissi keçirir, şəhid olmuş qəhrəmanların xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad edirlər. Bəşəriyyətə qarşı törətdiyi ağır cinayətlərlə yadda qalan nəhəng bir imperiyanın qüdrətli ordusunun hücumları, baş verən bütün faciələrə, təzyiqlərə baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq iradəsini və arzusunu qıra, dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra sürətlə inkişaf etməyə başladı və regionun aparıcı dövlətlərindən birinə çevrildi.

Нет описания.

Нет описания.

.Nəsimi Əbilov

Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru