03 May 2024
15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

13 İyul 2021
Baxış: 756

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

***

09:36

Şəki rayonunun Dəhnə kəndində 15 yaşlı qız evləndirilib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Yayılan məlumatlarda qızın 29 yaşlı oğlanla evləndiyi bildirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a bildirilib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma aparılır.