20 Aprel 2025
Zurabişvili Avropa İttifaqından çağırış etdi: “İstefa verməyəcəm”

Zurabişvili Avropa İttifaqından çağırış etdi: “İstefa verməyəcəm”

Zurabişvili Avropa İttifaqından çağırış etdi: “İstefa verməyəcəm”

19 Dekabr 2024 08:12 | Baxış sayı: 506

Avropa Parlamentində çıxışı zamanı Salome Zurabişvili Gürcüstanda yeni seçkilərin keçirilməsinin və Avropa İttifaqından daha fəal dəstəyin zəruriliyini bəyan edib.

Zurabişvili çıxışı zamanı parlament seçkiləriin geniş miqyasda saxtalaşdırıldığını bəyan edib.

Siyasətçi hakim “Gürcü Arzusu” partiyasını Mərkəzi Seçki Komissiyasına tam nəzarət etməkdə günahlandırıb. Onun sözlərinə görə, bu, Avropa İttifaqının tövsiyələrinə məhəl qoymamaqla mümkün olub.

Zurabişvili baş nazir İrakli Kobaxidzenin Aİ-yə inteqrasiya prosesini dayandırmaq barədə birtərəfli qərarını tənqid edib və bunu Konstitusiyanın pozulması və Gürcüstanın Avropaya gedən yolunu bağlamaq kimi dəyərləndirib.

Salome Zurabişvili bəyan edib ki, bugünkü seçkilərin legitimliyini tanımır. O, ölkə prezidenti vəzifəsindən istefa vermək və səlahiyyətləri Kavelaşviliyə ötürmək niyyətində olmadığını açıqlayıb.//Globalinfo.az