Bu ailələrə 300 manatdan çox müavinət veriləcək
9 dəqiqə əvvəlZiya Məmmədovun bacısı işdən çıxarıldı - FOTO
17 Yanvar 2025 15:55 | Baxış sayı: 270
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO "Qaynarinfo"ya istinadən xəbər verir ki, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.
Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.
Kollecdən bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.