20 Aprel 2025
Zeynal Nağdəliyevdən seçici siyahılarındakı “ölü canlar”la bağlı TAPŞIRIQ

Zeynal Nağdəliyevdən seçici siyahılarındakı “ölü canlar”la bağlı TAPŞIRIQ

Zeynal Nağdəliyevdən seçici siyahılarındakı “ölü canlar”la bağlı TAPŞIRIQ

10 İyul 2024 09:00 | Baxış sayı: 387

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

AJMEDİA.İNFO apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib: “Avqustun 9-dək bu iş bitəcək”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir”.

“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”, – deyə Zeynal Nağdəliyev əlavə edib.