İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
10 dəqiqə əvvəlZəlzələdən 4 gün əvvəl aldığı ev məzarları oldu... - FOTOLAR
09 Fevral 2023 10:11 | Baxış sayı: 482
Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə həyatını itirən şəxslərdən birinin sosial şəbəkə hesabında paylaşdığı sonuncu postlardan biri diqqət çəkib.
AJMEDİA.İNFO xəbər verir ki, Sökə vilayətinin sakini İsmail Taşkın zəlzələdən 4 gün öncə, fevralın 2-si özünə mənzil alıb və onun sənədininin fotosunu feysbuk hesabında paylaşıb.
O, paylaşdığı fotoya “Evimizi aldıq, şükürlər olsun. Allah daha yaxşısını olmayanlara nəsib etsin” sözlərini yazıb.
Evində cəmi 4 gün yaşaya bilən Taşkın ailəsi (ata-ana və 3 uşaq) baş verən güclü zəlzələ zamanı elə həmin mənzilin dağıntıları altında qalaraq həlak olublar.
Mərhumun paylaşımına ölümündən sonra çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə istifadəçiləri “Allah rəhmət eləsin”, “Nurlar içində yat”, “Ev deyil, məzar almısan, qardaş” və.s tipli şərhlər yazıblar.
(qafqazinfo)