İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlZəlzələ bölgəsində sel fəlakəti: Şanlıurfa və Adıyamanda 5 nəfər həyatını itirdi
15 Mart 2023 13:10 | Baxış sayı: 922
Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Şanlıurfa, Adıyaman və Malatyada təsirli olan şiddətli yağış selə çevrilib.
Şanlıurfada 4, Adıyamanda 1 nəfər həyatını itirib.
İki əyalətdə itkin düşən 5 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Adıyaman valisi Numan Hatipoğlu, Tut rayonunda bir bağçada konteynerin suya tutulduğunu və 150-yə yaxın adamla axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.