20 Aprel 2025
Zelenskinin səfəri ilə əlaqədar Romanın hava məkanı bağlanacaq

Zelenskinin səfəri ilə əlaqədar Romanın hava məkanı bağlanacaq

Zelenskinin səfəri ilə əlaqədar Romanın hava məkanı bağlanacaq

13 May 2023 00:04 | Baxış sayı: 601

Roma rəhbərliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ukrayna dövlət başçısının səfəri ilə əlaqədar İtaliya paytaxtının hava məkanı bağlanacaq.

Qeyd edilib ki, təhlükəsizlik tədbiri polis helikopterlərinin köməyi ilə həyata keçiriləcək. Bundan başqa, V.Zelenskinin səfəri ilə əlaqədar dəmiryol vağzallarında və hava limanlarında nəzarət gücləndiriləcək.

Xatırladaq ki, V.Zelenskinin mayın 13-də İtaliyaya səfər edəcəyi gözlənilir.