20 Aprel 2025
Zelenski Trampa zəng etdi: "Razılığa gəldik”

Zelenski Trampa zəng etdi: "Razılığa gəldik”

Zelenski Trampa zəng etdi: "Razılığa gəldik”

07 Noyabr 2024 10:27 | Baxış sayı: 233

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə yazıb.

“Prezident Donald Tramp ilə əla telefon danışığım olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”, – ukraynalı siyasətçi qeyd edib.

O, “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiklərini” bildirib.

Zelenskinin sözlərinə görə, güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır.