SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlZelenski NATO-nun Vilnüs sammitindən gözləntilərini açıqlayıb
10 İyul 2023 00:40 | Baxış sayı: 484
İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna alyansa üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.
Ukrayna dövlətinin başçısı qeyd edib ki, əks halda o, Litvanın paytaxtına səfər üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.
“Ukrayna NATO-da olmadığı müddətdə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək. Əks halda, bu, növbəti siyasi gedişdir. Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməyə kömək etmək üçün çalışırıq”.