20 Aprel 2025
Zelenski məktub göndərdi, Putin də razıdır - Tramp detalları açıqladı

Zelenski məktub göndərdi, Putin də razıdır - Tramp detalları açıqladı

Zelenski məktub göndərdi, Putin də razıdır - Tramp detalları açıqladı

05 Mart 2025 10:13 | Baxış sayı: 388

Rusiya Ukrayna ilə danışıqlara hazırdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

O, Rusiya tərəfdən Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olması barədə "güclü siqnallar" aldığını bildirib.

Tramp bildirib ki, Rusiyadan sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair siqnallar alıb və “qanın tökülməsini dayandırmağın vaxtı çatıb” deyib.

Qeyd edək ki, Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən danışıqlar masasına oturmağa hazır olduğu barədə məktub aldığını bildirib. O əlavə edib ki, Zelenski həmçinin “ABŞ üçün əlverişli olan istənilən vaxt” nadir torpaq metalları ilə bağlı saziş bağlamağa hazır olduğunu açıqlayıb.