20 Aprel 2025
Zelenski Avropaya ultimatum verdi

Zelenski Avropaya ultimatum verdi

Zelenski Avropaya ultimatum verdi

03 Yanvar 2025 18:01 | Baxış sayı: 423

Ukrayna Prezidenti Volodimir Zelenski qaçqınların geri qaytarılması və hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi məsələsi ilə bağlı Aİ-yə ultimatum verib.
AJMEDİA.İNFO
xəbər verir ki, “Strana” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri telemarafonda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin bir neçə lideri işsiz qaçqınların Ukraynaya qaytarılmasını və işləyən qaçqınların isə Avropada qalmasını təklif edib.

Zelenski isə bir az daha hava hücumundan müdafiə sistemlərinin Ukraynaya veriləcəyi təqdirdə Ukrayna hakimiyyətinin təkcə iş tapa bilməyən ukraynalı qaçqınları deyil, hamını geri qaytarmaq niyyətində olduğunu qeyd edib.

Ukrayna lideri həmçinin qeyd edib ki, bu yanaşma Avropa ölkələrinin maneələri ilə üzləşir.//Yeniavaz.com