20 Aprel 2025
Zelenski Atatürkün məzarını ziyarət etdi - VİDEO

Zelenski Atatürkün məzarını ziyarət etdi - VİDEO

Zelenski Atatürkün məzarını ziyarət etdi - VİDEO

18 Fevral 2025 16:32 | Baxış sayı: 405

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

AJMEDİA.İNFO bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Daha sonra Ukrayna prezidenti Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimində iştirak edib.

Açılışı mərasimində nitq söyləyən V.Zelenski ABŞ və Avropa İttifaqı dövlətlərindən müharibəni bitirmək üçün təhlükəsizlik zəmanəti istəyib.

"Ukrayna müharibənin diplomatiya yolu ilə və qan tökülmədən həllini istəyir, lakin heç vaxt ərazi bütövlüyü və suverenliyinə güzəştə getməyəcək", - deyə Ankarada çıxış edən Ukrayna lideri vurğulayıb.