SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlZaurdan Elnarəyə SƏRT CAVAB: "Qatıqlaya-qatıqlaya..." - VİDEO
09 Noyabr 2023 07:49 | Baxış sayı: 963
"Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi "yedizdirsələr" o da "yeyiləcək", təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq".
AJMEDİA.İNFO bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib.
Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib:
"O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil".
Proqramın aparıcısı Zaur Baxşəliyev "O dövrdə "ABBA" kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?", - Elnarəyə sual ünvanlayıb.
Xəlilova isə cavabında "O mahnıları tənqid edən "ABBA" kanalında "Qatıq kliplər" adlı rubrika vardı" sözlərini dilə gətirib.
Aparıcı bu anda "Elə o "Qatıq kliplər" dediklərinizi - "qatıqlaya-qatıqlaya" gəlib populyar edirlər də... İnsan necə populyar olur, "qatıqlaya-qatıqlaya". Yəni belə populyar olurlar da... Ağılla-başla populyar ola bilmir axı... " kəlimələri gülərək ifadə edib.