SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlZaur Baxşəliyevin verilişinin yayımı DAYANDIRILDI
25 Yanvar 2024 16:17 | Baxış sayı: 479
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.
Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.