SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlZaqatalada Vətən müharibəsi iştirakçısı həlak oldu
01 Oktyabr 2023 09:16 | Baxış sayı: 1006
Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.