20 Aprel 2025
Zaporojye AES-də vəziyyət getdikcə pisləşir

Zaporojye AES-də vəziyyət getdikcə pisləşir

Zaporojye AES-də vəziyyət getdikcə pisləşir

29 Mart 2023 18:48 | Baxış sayı: 530

“Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət getdikcə pisləşir”.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi martın 29-da stansiyadakı vəziyyətlə tanış olduqdan sonra keçirdiyi mətbuat konfransında deyib.

O, ərazidə hərbi əməliyyatların gücləndiyini bildirib: “Vəziyyət yaxşılaşmır, əksinə, hərbi əməliyyatlar intensivləşir”.

R.Qrossi həmçinin bildirib ki, Zaporojye AES-i hər cür hücumdan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir.

O, bu AES-in Avropanın ən böyük atom elektrik stansiyası olduğunu xatırladıb.