SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlYunanlar F-35-lərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ - 2028-ci ilə qədər...
16 Aprel 2023 09:21 | Baxış sayı: 701
Yunan ordusu ilk etapda 20, ümumilikdə isə 40 ədəd F-35 döyüş təyyarəsi almaq üçün hazırlıqlara başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi ilə martın 29-da keçirilən Xarici İşlər və Müdafiə Şurasının iclasında yeni döyüş təyyarələrinin ölkənin cənubundakı Peloponnes yarımadasının şərqindəki Andravida aviabazasına yerləşdirilməsi müzakirə edilib.
Afinanın Vaşinqtona göndərdiyi məktuba hələ rəsmi cavab verilməyib, lakin Yunanıstanda mayın 21-də keçiriləcək seçkilərdən əvvəl mümkün satış qərarının alınacağı və ilk təyyarələrin 2028-ci ildə Afinaya təhvil veriləcəyi gözlənir.
Qeyd edək ki, baş nazir Mitsotakis "Parapolitika" qəzetinə bildirib ki, seçkidə birinci olarsa, Türkiyə ilə dialoqa başlaya bilərlər.
Egey və Şərqi Aralıq dənizində yeganə fikir ayrılığının dəniz yurisdiksiyasının müəyyən edilməsi olduğunu deyən Kiriakos Mitsotakis bildirib ki, suverenlik məsələləri hər hansı bir müzakirə mövzusunun xaricindədir və bu məsələlər tərəziyə qoyulmur. musavat.com