SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlYunanıstanın Ali Məhkəməsi 36 partiya və koalisiyaya seçkilərdə iştirak etməyə icazə verir
03 May 2023 02:05 | Baxış sayı: 622
Yunanıstanın Mülki və Cinayət İşləri üzrə Ali Məhkəməsi mayın 21-də keçiriləcək parlament seçkilərində 36 siyasi partiya və koalisiyaya, həmçinin bir müstəqil namizəd Stefanos Proitsisə seçkilərdə iştirak etməyə icazə verib.
Bu barədə "Efimerida ton sindakton" qəzeti məlumat yayıb.
Məlumata əsasən, Ali Məhkəmə eyni zamanda 13 partiyanın və bir müstəqil namizədin seçkilərdə iştirak etməsini qadağan edib.
Qeyd edək ki, ümumilikdə seçkilərdə iştirak üçün 50 siyasi təşkilat və namizəd - 38 partiya, 10 partiya koalisiyası və 2 müstəqil namizəd ərizə təqdim edib.