20 Aprel 2025
Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb

Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb

Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb

03 May 2023 00:44 | Baxış sayı: 567

Yunanıstanın Ali Məhkəməsi mayın 21-də keçiriləcək parlament seçkilərində neonasist “Qızıl şəfəq” qruplaşması ilə əlaqəli Milli Partiyanın iştirakını yasaqlayıb.

Bu barədə Yunanıstanın dövlət teleradio şirkəti “ERT” məlumat yayıb.

Aşırı sağçı Milli Partiyanı “Qızıl şəfəq”dən keçmiş deputat, məhkum edilmiş İlias Kasidiaris qurub.

Yunanıstan məhkəməsinin hökmü ağır cinayətlərdə, xüsusilə də mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirli bilinənlərin seçkilərdə iştirakını qadağan edən son qanuna əsaslanır.

Keçən həftə Yunanıstanın Ali Məhkəməsi daha iki aşırı sağçı partiyanın - Vətənpərvərlər Birliyi və “Patrida” partiyasının da seçkilərdə iştirakını yasaqlayıb.