SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlYüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?
16 Aprel 2025 12:27 | Baxış sayı: 308
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Mirzəyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
AJMEDİA.İNFO-nun məlumatına görə, 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək Fond sədrinin müavini vəzifəsini tutub.
BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.
2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.
2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2020-ci ildən DSMF-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.
20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.
Qeyd edək ki, Himalay Məmişov dünən Prezidentin Sərəncamı ilə DSMF sədri vəzifəsindən azad edilərək maliyyə nazirinin müavini təyin edilib.