SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Yolüstü”nün admini qəzada öldü - FOTO
25 Aprel 2023 06:58 | Baxış sayı: 505
“Facebook”da insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol-nəqliyyat hadisəsində vəfat edib.
AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.
C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.