SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlYolun işıqlandırılmaması dəhşətli qəzaya səbəb oldu: Biri körpə olmaqla üç nəfər öldü - VİDEO
29 May 2023 04:21 | Baxış sayı: 584
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.
Belə ki, Hövsan şosesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.
Hadisədən sonra Hövsan şosesində hərəkət məhdudlaşdırılıb.
Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.