20 Aprel 2025
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ!

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ!

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ!

10 Sentyabr 2024 18:00 | Baxış sayı: 364

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.


AJMEDİA.İNFO xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə çağırış edib:


"Hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik".