Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
10 saat əvvəlYevlax rayonundan qaçırılan maşın Ağsu rayonu ərazisində tapılıb
01 Avqust 2024 08:00 | Baxış sayı: 373
İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.