İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlYeni Zelandiyada güclü zəlzələ olub, sunami təhlükəsi elan edilib
24 Aprel 2023 09:30 | Baxış sayı: 575
Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, zəlzələnin ocağı isə 33,6 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.