20 Aprel 2025
Yeni dələduzluq növü: "Nənəmdən pulu götür..." - Əhaliyə XƏBƏRDARLIQ!

Yeni dələduzluq növü: "Nənəmdən pulu götür..." - Əhaliyə XƏBƏRDARLIQ!

Yeni dələduzluq növü: "Nənəmdən pulu götür..." - Əhaliyə XƏBƏRDARLIQ!

27 Avqust 2024 10:28 | Baxış sayı: 262

“Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”.

AJMEDİA.İNFO bildirir ki, bunu tanınmış texnobloger Fərid Pərdəşünas deyib.

O qeyd edib ki, “Telegram” platformasında vətəndaşlara iş təklif olunur:

“Sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində, yükləyəndə o pulun üzərindən xidmət haqqını götürərsən. Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə, o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın... Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur”.

F.Pərdəşünasın sözlərinə görə, artıq Azərbaycanda da qurbanlar var:

“10 mindən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib. Bu, dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır, hara getdiyi də məlum olmur. Ümumiyyətlə, bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər”.(sfera.az)