SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlYekəqarın polislər işdən çıxarılacaq
21 May 2023 07:18 | Baxış sayı: 698
Hindistanın Assam əyalətinin polis qüvvələri arıqlamayan polislərin vəzifədən uzaqlaşdırılacağını açıqlayıb.
Assam polis rəisi Qyanendra Pratap Sinq avqust ayından etibarən polisin bədən kütləsi indeksinin hesablanacağını bildirib.
Müvafiq olaraq, “obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər isə işdən çıxarılacaq. Müəyyən sağlamlıq problemləri olan polislərin bu tətbiqdən azad ediləcəyini deyən Sinq, ilk öz çəkisinin hesablanacağını qeyd edib.
Ştatda çalışan 300-ə yaxın polis əməkdaşının “fiziki vəziyyətlərinin uyğun olmadığı və həddindən artıq spirtli içki qəbul etdiyi” əsası ilə təqaüdə göndəriləcəyi açıqlanıb. (lent.az)