SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Yəhudilər üçün menora möcüzənin simvoludur" - David Seliverstov
07 Dekabr 2023 03:02 | Baxış sayı: 842
"Yəhudilər üçün menora möcüzənin simvoludur. Düşmənlər dəfələrlə Yerusəlim menorasını fəth etməyə çalışsalar da buna nail ola bilməyiblər"
.
"Magen David Group"un rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov AJMEDİA.İNFO-a yəhudilərin HANUKKA bayramı münasibəti ilə təbrik edərkən bildirmişdir. O, öz təbrikində bunları əlavə edib:
Bu, hər gün bir şamın yandırıldığı böyük, parlaq bir bayramdır. Bu, təkcə yeniləşmə, işıq bayramı deyil, həm də yəhudi xalqının şücaətidir. Bu bizim üçün bir dərsdir - bəzən təəssüf ki, özümüzü qorumaq üçün mübarizə aparmalıyıq, amma müharibə yalnız bir vasitədir və məqsəd dünyaya işıq saçmaqdır. Məqsədimiz xeyirxahlığı, dəyərləri, əxlaqı qorumaqdır. Əgər evdə mənəviyyat, iman, sevgi və hərarət ab-havası hökm sürürsə, o zaman Hanukka hər birimizin bayramına çevrilir.
Bir daha bütün yəhudilərin Hanukkah bayramını təbrik edirəm!