SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Yəhudi dostlarım Zelenskidən utanır”
17 İyun 2023 03:41 | Baxış sayı: 673
“Yəhudi dostlarım Zelenskidən utanır”.
Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskini nasistlərlə hərəkət etməkdə ittiham edib:
"Qərblilərin çıxışlarından belə nəticəyə gəlirəm ki, onlar nasistlərin tərəfindədirlər. Çoxlu yəhudi dostum var. Ancaq dostlarım Zelenskidən utandıqlarını deyirlər. Onu "Ukraynalıların üz qarası" adlandırırlar. Zelenski nasistlərlə birgə hərəkət edir. Bir çox mülki vətəndaş banderaçılar tərəfindən qətlə yetirilib. Banderaçılar tərəfindən 1939-cu ildə yazılmış məktubda deyilir ki, "Moskva və yəhudilər Ukraynanın ən böyük düşmənləridir”. musavat.com