İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlYəhudeya və Samariyada antiterror əməliyyatları: üç şübhəli saxlanılıb
02 İyun 2023 13:29 | Baxış sayı: 480
AJMEDİA.İNFO xəbər verir ki, iyunun 2-nə keçən gecə Yəhudeya və Samariyada terror fəaliyyətində şübhəli bilinən şəxslərin tutulması əməliyyatı davam etdirilib.
Əməliyyatda hərbçilər, sərhəd polisi döyüşçüləri və Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) əməkdaşları iştirak edib.
Əməliyyatlar Bəni-Naim və Burka kəndlərində aparılıb. Saxlanılanlardan biri bu həftənin əvvəlində Kiryat Ərbə yaxınlığında hərbçilərlə atışmada iştirak etməkdə şübhəli bilinir.
Əməliyyatlar zamanı ümumilikdə axtarışda olan 3 nəfər saxlanılıb. Silah və sursatlar müsadirə edilib. Saxlanılan şəxslər dindirilmək üçün Şabak müstəntiqlərinə təhvil verilib.