20 Aprel 2025
Yazıçı Anar televiziya kanallarını tənqid etdi: "Qonşunun evində olanlarla..." - VİDEO

Yazıçı Anar televiziya kanallarını tənqid etdi: "Qonşunun evində olanlarla..." - VİDEO

Yazıçı Anar televiziya kanallarını tənqid etdi: "Qonşunun evində olanlarla..." - VİDEO

31 Oktyabr 2024 15:30 | Baxış sayı: 351

Xalq yazıçısı Anar Rzayev bəzi televiziya kanallarını tənqid edib.


AJMEDİA.İNFO olay-a istinadla xəbər verir ki, bu barədə o, “Qaranlıqda həqiqət” layihəsində danışıb.


Anar bildirib ki, əxlaqımızı pozan amillər sırasında bəzi TV-lər var:


“İnternet günü-gündən daha da pis olur. Bəzi televiziya kanalları... Mən izləmirəm. Amma bəzən təsadüfən görürəm ki, o qədər söyüş söyür, ədəbsiz hərəkətlər edirlər ki. Ailələri gətirir, onların daxili problemlərini, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi qonşunun evində olanlarla maraqlanır. Bu marağı da bəzi televiziya kanalları qızışdırır”.