SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlYazgül Abdıyeva Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşım edib
30 Sentyabr 2023 03:45 | Baxış sayı: 894
Milli Oftalmologiya Mərkəzinin tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşım edib.
AJMEDIA.INFO xəbər verir ki, paylaşımda deyilir:
Qənirə xanımın vəfatı mənim üçün ağır itgidir. Dəyərli dostumu itirdim. Bu gün gözlərimizə yaş, qəlbimizə hüzün doldu.
O mənim tanıdığım ən güclü insanlardan biri idi.
O, xalqı üçün böyük xidmətlər göstərib, onların sevgisini qazanıb. Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı olub.
O, bir millət vəkili, vətənpərvər bir xanım kimi hamı üçün əsl nümunə idi. Qənirə xanım demək olar bütün həyatını Vətəninə, həmvətənlərinə həsr etdi.
Allah rəhmət eləsin, sevənlərinə səbr versin!