11 Dekabr 2024
Yayda istiyə dözümlülüyü artıran içkilər - SİYAHI

Yayda istiyə dözümlülüyü artıran içkilər - SİYAHI

Yayda istiyə dözümlülüyü artıran içkilər - SİYAHI

23 İyun 2024 05:54 | Baxış sayı: 461

Yay aylarında temperatur yüksəldikcə tərləmə artır və orqanizmdə su, duz çatışmazlığı yaranır. Bütün bunlar isə insan səhhətində problemlər yarada bilər.

Mütəxəssislər yay aylarında istiyə dözümlülüyü artırmağın ən asan yolunun maye qəbulu olduğunu bildirirlər. Gün ərzində bol miqdarda sağlam içkilər içmək tövsiyə edilir.

Bəs yay üçün ən uyğun sərinləşdirici içki alternativləri hansılardır?

İsti havalarda içki seçimləri ümumiyyətlə soyuducu, təravətləndirici və susuzluğu yatızdıran xüsusiyyətlərə malik içkilər arasından edilir.

Soyuq su: ən sadə və ən sağlam variant isti havada susuzluğu yatızdırmaq və bədən istiliyini aşağı salmaq üçün bol miqdarda su içməkdir.

Limonad: limon şirəsi həm istinin səbəb olduğu qan təzyiqi problemlərinin qarşısını alır, həm də təravətləndirir.

Ayran: qatıq, su və duzun qarışığı ilə hazırlanan ayran, xüsusilə isti iqlimlərdə üstünlük verilən ənənəvi içkidir.

Buzlu çay: dəmlənmiş qara və ya yaşıl çayın soyudulması ilə hazırlanan buzlu çay təravətləndirici içkidir.

Mineral su: qazlı içki həvəskarları üçün yüngül və təravətləndirici seçim ola bilər. Limon dilimləri əlavə edərək mineral suya dad verə bilərsiniz.

Kompot: ənənəvi kompot şəkər, su və meyvədən hazırlanır. Demək olar ki, bütün meyvələrdən kompot hazırlana bilər. Odur ki, çeşidlilik xoşlayanlar sərin kompota üstünlük verə bilərəlr.

Smuzi: təzə meyvə və tərəvəzlərin qarışdırılaraq hazırlandığı smuzilər həm ləzzətli, həm də qidalandırıcı bir seçimdir. Smuziyə buz əlavə edərək sərinləşdirici təsirini artırmaq olar. Yay aylarında iştahsızlıq yaşayanlar orqanizmin ehtiyac duyduğu qidaları smuzi ilə təmin edə bilərlər. Smuzi qəlyənaltı zamanı da sağlam alternativ ola bilər.

Nanəli su: Buzlu suya təzə nanə yarpaqları əlavə etməklə həm təravətləndirici, həm də xoş bir dad əldə edə bilərsiniz.

Meyvə şirələri: təzə sıxılmış meyvə şirələri təbii və sağlam bir içki variantıdır. Portağal, alma, ananas və şaftalı kimi meyvələrdən hazırlanan şirələr susuzluğunuzu yatızdırmağa kömək edə bilər.

Qeyd edək ki, tərkibində süni və ya təbii şəkər çox olan kompot, meyvə şirəsi kimi içkiləri gündə 1-2 stəkandan artıq içmək məsləhət görülmür. Gün ərzində tərkibində şəkər olmayan içkilər istehlak edərək balansı saxlamaq lazımdır./publika.az