SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Yaprak dökümü”nün məşhur aktrisası vəfat etdi - FOTO
14 Yanvar 2025 10:23 | Baxış sayı: 399
Türk kino və teatr səhnəsinin tanınmış siması, aktrisa Bedia Ener Öztep 70 yaşında dünyasını dəyişib.
AJMEDİA.İNFO Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın vəfatı ilə bağlı məlumatı oğlu açıqlayıb.
Uzun zamandır sağlamlıq problemi yaşayan sənətçinin dəqiq ölüm səbəbi bildirilməyib.
Qeyd edək ki, Bedia Ener Öztep “Yaprak dökümü” serialında canlandırdığı Neyyir Xanım rolu ilə böyük populyarlıq qazanmışdı. Bununla yanaşı, o, kino ekranlarında və çoxsaylı dublyaj layihələrində də uğurla iştirak edib.