Yaponiyanın şimalında güclü zəlzələ olub
17 İyun 2023 05:09 | Baxış sayı: 593
Yaponiyanın şimalında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, ocaq isə okeanın dibinin təxminən 20 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.