Yaponiyada güclü zəlzələ olub
22 İyun 2023 10:02 | Baxış sayı: 710
Yaponiyanın cənubundakı Okinava adasının sahillərində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Zəlzələlərin episentri təxminən 40 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.