SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlYaponiyada 230-dan çox aviareys təxirə salındı
27 Avqust 2024 17:00 | Baxış sayı: 564
Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən 230-dan çox aviareys təxirə salınıb.
Bu barədə TASS hava limanları və aviaşirkətlərin monitorinq xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Gözlənilir ki, avqustun 28-i səhər saatlarında qasırğa Okinava prefekturasının adalarına yaxınlaşacaq, axşam isə cənub-qərbdəki Kyuşu adasına düşəcək.
Bildirilir ki, ən çox uçuşu ləğv edən Yaponiya Hava Yollarıdır. “All Nippon Airways” (ANA) avqustun 28-dən 30-dək 80 reysi ləğv edib.
Bu tədbirlər ilk növbədə Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Dəmiryol operatorları da mümkün ləğvlər və gecikmələr barədə xəbərdarlıq edirlər.
Hazırda tayfun Amami adalarına (Okinava prefekturası) yaxınlaşır və şimal-qərbə Kyuşuya, eləcə də Yaponiyanın əsas adası Honsyuya doğru hərəkət edə bilər.